2024-cü ildə neftin qiyməti bizə sərfəli olacaqmı?

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Növbəti ildə, yəni 2024-cü ildə dünya iqtisadiyyatında vəziyyətin necə olacağı hər bir ölkə üçün maraqlıdır. Söhbət təbii ki, bir sıra strateji məhsullar üzrə qlobal bazarlardakı vəziyyətdən gedir. 2024-cü il ərzində bir sıra ehtimal edilən mümkün təhdidlərə baxmayaraq, sabitliyin bir az da möhkəmlənəcəyi gözlənilir. Bəllidir ki, cari il bir sıra mənfi tendensiyaların səngiməsi ilə yadda qaldı.
 
Bu arada, ABŞ-nin mərkəzi bankı sayılan Federal Ehtiyat Sistemi (FES) bu il üçün sonuncu iclasında uçot dərəcəsini dəyişməyərək sabit, yəni 5,25% – 5,50% aralığında saxlayıb. Çünki, ABŞ dolları kifayət qədər möhkəm səviyyədədir və onun dəyərini müəyyən edən əsas amillərdən biri olan xam neftin qiyməti əvvəlki kimi bahalaşmağa doğru deyil, ucuzlaşmağa doğru meyil göstərir.
 
Ümumiyyətlə, FES-ə hazırda dolların alıcılıq qabiliyyətinin aşağı olması vacibdir, nəinki yuxarı… Neftin ucuzlaşmağa meyil etməsi isə bunu stimullaşdırır. Üstəlik, ABŞ iqtisadiyyatının özündə də vəziyyət kafidir: iqtisadi artım qənaətbəxş vəziyyətdədir, inflyasiya əvvəlki kimi yüksəlməyə doğru inkişaf etmir, məşğulluq səviyyəsi isə narahatedici deyil və s…
 
Odur ki, dolları bahalaşdırmaq üçün əvvəlki kimi addımlamağa lüzum yoxdur. Məsələ bundadır ki, bütün keşməkeşli hadisə və proseslərə rəğmən ABŞ iqtisadiyyatı yenə güclü olaraq qalır. ABŞ iqtisadi gücü Avropa və Şərqi Asiya ölkələri ilə müqayisədə rəqabətqabiliyyətli olduğunu bir daha nümayiş etdirdi ki, bu da hələ uzun müddət davam edəcək.
 
Yəni, ABŞ iqtisadiyyatı nömrə bir olaraq qalacaq.
 
Növbəti ildə isə FES-in uçot dərəcəsini mərhələli olaraq endirəcəyi gözlənilir ki, bu özü də qlobal iqtisadiyyatda Amerika valyutasının aparıcı rolunu artırmağa kömək edəcək ! Beləliklə də, enerjidaşıyıcılarından asılı ölkələr 2024-cü il ərzində müəyyən çətinliklərlə üzləşmək məcburiyyətində qalacaqlar.
 
Problem isə məhz bunda ola bilər…
 
Neftin qiyməti real olaraq onsuz da, 80 ABŞ dollarından aşağıdadır. Bu sətirləri yazarkən “Brent” markalı neft 74,66 dollar səviyyəsindədir, “Azeri Light” isə bundan 3-4 dollar bahadır. Bu cür qiymət səviyyəsi ilin əvvəli üçün xarakterik idi.
 
Hansı ki, buna nəzərən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan hasilatı əlavə olaraq azaltmaq qərarına gəlmişdilər. Və bu da düşünməyə əsas vermişdi ki, bazarda qiymətlərin bir az da enəcəyi təhlükəsi var.
 
2024-cü il ərzində neft bir az da çox ucuzlaşa bilərmi ?
Məsələ bundadır ki, 2024-cü il ərzində qlobal maliyyə və iqtisadi sistem üçün bir sıra təhdidlər sırasında neft məsələsi yoxdur. Ən böyük təhlükələr sırasında qlobal istiləşmə və iqlim dəyişiklikləri, quraqlıq və digər təbii fəlakətlər kimi ehtimallar əsas götürülür.
 
Lakin ən əsası, dünyada borclanma da yaxşı səviyyədə deyil. BMT-nin qiymətləndirməsinə görə, bu sahədə göstərici qlobal ÜDM-in 91%-nə çatıb. Və ən yüksək borc və büdcə çatışmazlığı da ABŞ ilə Avropa Birliyinə (AB) məxsus sayılır.
 
Hansı ki, buna da hər ikisində mövcud yüksək faiz dərəcələri şəraitində xidmət göstərmək qeyri-mümkün hesab edilir. Sözügedən borc isə boş yerə yaranmayıb.
 
Yuxarıda qeyd etdim ki, ötən keşməkeşli hadisə və proseslərə rəğmən ABŞ iqtisadiyyatı güclü qaldı. Bu ona görə baş vermədi ki, ABŞ əvvəl də nömrə 1 idi və sair… Ona görə ki, pandemiya Amerika hökumətini biznesi və əhalini dəstəkləmək üçün izafi emissiya və çoxlu həcmdə istiqrazlar alınması siyasətinə sürüklədi.
 
Eyni addımı AB-i də atdı. Odur ki, artıq, 2021-ci ilin martın sonuna ABŞ-ın dövlət borcu 28 trilyona çatmaqla ÜDM-in 101%-ni təşkil etdi. Az sonra isə AB-i də bu sahədə öz ÜDM-ni keçdi.
 
Ona görə də hazırda bütün mərkəzi banklar uçot dərəcələrini sabit saxlayaraq növbəti ildən tədricən onu endirməyi planlaşdırırlar. FES-dən əlavə AB mərkəzi bankı da uçot dərəcəsini sabit saxlayıb. Belə ki, Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyəti dekabrın 14-də keçirilən iclasında faiz dərəcələrini dəyişməyib. Baza faiz dərəcəsi 4,5%, marjinal kreditləşmə dərəcəsi 4,75%, depozit dərəcəsi isə 4%-də qalıb.
 
Gələn il uçot üzrə faiz dərəcələri endiriləcəyi təqdirdə neftin qiyməti ucuzlaşa bilər. Buna əsasən də, ABŞ dolları rəvac yaradacaq. Xatırladım ki, neftin bir barelinin dünya bazar qiymətləri 50 ABŞ dollarından aşağı səviyyədə olarsa, iqtisadiyyatımız uzun müddət buna tab gətirməyəcək və artım durğunluqla üzləşəcək ki, makroiqtisadi amillər titrəməyə başlayacaq.
 
“Azeri Light” markalı neftin bir barelinin qiyməti hazırda qeyd etdiyim kimi 78-79 dollar civarındadır. Cari və növbəti ilin dövlət büdcəmizdə isə bu rəqəm 60 ABŞ dollarından götürülüb.
 
Yeri gəlmişkən, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiymətsə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq yadda qalıb. Qiymət üzrə bu rəqəmlərin nə vaxtsa yenidən təkrarlanacağı gözlənilməsə də, görünən bu idi ki, beynəlxalq bazarlarda konyunktur vəziyyət karımıza gəlir.
 
Yaxşı olardı ki, bu, hələ bir müddət də davam etsin.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Pərviz Heydərov
Birxəbər.com

Next Post

post haqqında müzakirə