Cümə axşamı, İyul 18, 2024

Ançelottidən Arda Gülerlə bağlı VACİB AÇIQLAMA

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Villarreal”la matçından sonra açıqlamalar verib. 

Birxəbər.com xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssis zədəsi sağalan Arda Gülerin yeni il fasiləsindən sonra komandaya qoşulacağını açıqlayıb.

“Arda Gülər ​​yeni il tətili dönüşü komandaya qoşulacaq”, – İtalyan çalışdırıcı deyib.

Ançelottinin açıqlamasından sonra Gülerin 4 gün sonra keçiriləcək “Alaves”lə səfər matçında oynaya bilməyəcəyi dəqiqləşib.

Onun Yeni ildən sonrakı ilk olacaq “Mallorka” ilə matçda ehtiyat oyunçular skamyasında yerini alacağı gözlənilir. 

Qeyd edək ki, Arda Gülerin “Real Madrid”ə transferindən sonra aldığı zədələr səbəbindən hələ də oynamaq şansı olmayıb.

18 yaşlı ulduz futbolçu indiyədək 4 dəfə Türkiyə millisinin formasını geyinib və 1 qol vurub.

Xatırladaq ki, İspaniya La Liqasının 17-ci həftəsində “Real Madrid” doğma meydanda “Vilyarreal”ı 4:1 hesabı ilə məğlub edib.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə