Avtoxuliqanlıq edərək görüntüləri “Tik-Tok”da paylaşan şəxs həbs olunub – FOTO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Birxəbər.com-ə verilən məlumata görə, Astara rayon sakini Səttar Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan həmin sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Quliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

QALEREYA
Next Post

post haqqında müzakirə