Azərbaycan Kuboku: “Neftçi” darmadağınla mərhələ adlayıb

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, raundun son oyununda “Neftçi” meydançaya çıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda sensasiya baş verməyib.

“Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cü dəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski, 80-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər. “Qaradağ Lökbatan”da Murad Qayalı 72-ci dəqiqədə avtoqol müəllifi olub.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə