Bakıda mərkəzdə uşağa qarşı kobudluq ediblər? – İDDİA/FOTO/VİDEO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Paytaxtda valideyn övladının psixologiya mərkəzində zorakılığa məruz qaldığını iddia edir.

Bu barədə məlumat Birxəbər.com-in “qaynar xətti”nə daxil olub.

Valideyn bildirir ki, 2 yaş 5 aylıq qızında nitq ləngiməsi var. Bu səbəbdən də övladını Nərimanovda yerləşən “ÖZƏL UŞAQ psixoloji və nitq inkişaf mərkəzi” adlanan yerə kursa aparıb:

“Bu həftə ərzində 3 dəfə o kursa getdi və 3-cü getdiyi gün müəllim uşağın qolunu dirsəkdən və biləkdən sındırıb. Müəllim övladımla çox kobud davranıb. Uşağın 2 yaşı 5 aydır tamam olub. Videodan da görünür ki uşağın qolunu sıxa-sıxa öyrədir. Müəllimin adı İsmətdir”.

İddilarla bağlı sözügedən mərkəzlə əlaqə saxladıq.

Mərkəzin əməkdaşı Birxəbər.com-ə danışarkən bildirdi ki, onun da həmin valideynlə bağlı şikayəti var. Buna səbəb isə psixologiya mərkəzinə gətirilən uşağın hərəkətli olmasıdır:

“Uşağı dəhşətli dərəcədə hərəkətlidir. Bir yerdə dayanmır. Başını divara vurur. Bütün oyuncaqlarımızı qırıb. Özü də dartınaraq müəllimin əlindən qaçmaq istəyərkən biləyini əzib. Bura gələn bütün uşaqlar elədir. Pəncərəmizə kimi qırıblar. Bizim heç bir uşaqla qərəzimiz yoxdur. Bütün valideynlər də bilirlər ki, övladları problemlidir, bu hərəkəti edə bilirlər. Bu valideyn isə deyir ki, uşağımın biləyini qırmısınız”.

Mərkəzin işçisi onu da qeyd etdi ki, hadisəni müəllim törətməyib, terapiya seansında baş verib:

“Uşaq psixi problemli və hərəkətlidir. Terapiya seansında göstəriş verirsən ki hər hansı işi görsün. Uşaq o qədər hərəkətlidir ki, müəllim ona komanda verəndə özü özünə xəsarət yetirib. Onu müəllim qaldırıb yerə çırpmayıb, qolunu sındırmayıb”.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

VİDEO

QALEREYA
Next Post

post haqqında müzakirə