Çərşənbə axşamı, May 21, 2024

Balla bağlı bilmədiyiniz MƏLUMATLAR – FOTO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bal insan orqanizmi üçün inanılmaz dərəcədə faydalıdır. Lakin hələ də, onunla bağlı yanlış təsəvvürlərimiz var.

Türkiyənin məşhur qida üzrə eksperti Erdal Odabaş balın müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün düzgün istehlak edilməli olduğunu bildirib.

O, balın qatılaşmasının şəkərdən qaynaqlanmadığına aydınlıq gətirib.

Çorum Bal İstehsalçıları Dərnəyi Başçısı Erdal Odabaş bal istehlakı ilə bağlı yanlış məlumatlarla bağlı açıqlamalar verib. O, balın heç bir maddə əlavə edilmədən, emal edilmədən təbii olması lazım olduğuna diqqət çəkib.

Alınan balın bir müddət sonra qatılaşmasının şəkərlə bağlı olmadığını deyən Odabaş, bunun təbii olduğunu bildirib.

Balın qatılaşmasının qarşısını almaq üçün aparılan proseslərdən danışan Odabaş, təcrübələrin balın tərkibindəki fermentlərin, vitaminlərin və fenolik flavonoid strukturunun qiymətli komponentlərinin azalmasına səbəb olduğunu qeyd edib.

“Bal, pətəkdən götürüldüyü üçün antibakterial olur. Bal birbaşa istehlak edilə bilən, bişirilməyən, yuyulmayan, qabığı soyulmayan, xarab olmayan bir qidadır.

Bal pətəkdən alındıqdan qısa müddət sonra orijinal quruluşuna görə bərkləşə, yəni kristallaşa bilər. Bu məlum və gözlənilən vəziyyətdir.

Bu vəziyyət xalq arasında balın bərkiməsi, dondurulması kimi tanınır. İnsanlar bala şəkər qatıldığını düşünürlər. Əslində bu, tamamilə təbii hadisədir, təbiətcə belədir. Bal kristallaşmış və bərkimiş formada da istehlak edilə bilər.

Bəzən balı durultmaq üçün onu 15-30 dəqiqə ərzində 65-76 dərəcədə qaynadırlar. Bunu etmək düzgün deyil”, – deyə mütəxəsis bildirib.

Odabaşın sözlərinə görə, bazar rəflərində görünən və uzun müddət kristallaşmadan qalan bal qaynadılır, yəni pasterizə edilir.

“İstehlakçılar bunları bilmir, rəflərdə gördükləri balın hamısının orijinal bal olduğunu düşünürlər. Amma vəziyyət gözlənildiyi kimi deyil. İstehlakçı bal alarkən etiketindəki “çiy bal” ifadəsinə diqqət yetirməlidir. Çünki xam bal qızdırılmır”.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Cavid Babayev
Birxəbər.com

Next Post

post haqqında müzakirə