Banklar köhnə dolları manata dəyişmirlərsə, vətəndaşlar hara müraciət etməlidirlər? – AÇIQLAMA – FOTO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Bir müddətdir, vətəndaşların köhnəlmiş dollarları manata dəyişdirməkdə çətinlik çəkmələri müzakirə olunur. Sosial şəbəkələrdə bu problemlə üzləşən vətəndaşlar bildirirlər ki, banklar köhnə dollarları, xüsusən, 2006-cı ildən öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. İddia olunur ki, üzərində möhür olan dollar əskinası da dəyişilmir.

İqtisadçı-ekspert Eldəniz Əmirov bu barədə Pravda.az-ın suallarını cavablandırıb.

Ekspert bildirib ki, bankın köhnə dolların manata dəyişdirilməsindən imtina etmək kimi səlahiyyəti yoxdur: “Ən azından imtina etmək səbəbini əsaslandırmalıdır. Belə olan halda, vətəndaş prosesin sonrakı mərhələləri üçün rəsmiyyətə, yəni rəsmi müraciətə keçməli, bankdan rəsmi cavab istəməlidir. Bank rəsmi açıqlama verməlidir ki, köhnə dolları niyə manatla dəyişmir? Bundan sonra artıq vətəndaş Mərkəzi Banka müraciət edə bilər ki, “X” bank mənə bu cavabı verib. Hüquqi prosedur budur. Qeyd edim ki, bütün bankların valyutadəyişmə hissələrində belə deyil. Köhnə dolları götürən yerlər çoxdur”.

E.Əmirov qeyd edib ki, bank köhnə dolları qəbul edib, əvəzində yenisini verməkdən imtina edə bilər: “Bu, valyuta mübadiləsi prosesi deyil. Sadəcə, əskinasların köhnə və yenilərinin dəyişdirilməsidir. Bank bundan imtina edə bilər, çünki onun belə bir öhdəliyi yoxdur”.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə