Bazar ertəsi, İyun 24, 2024

İtaliya mətbuatında “Qalatasaray”ı sevindirəcək xəbər

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

“Qalatasaray”da sol cinah müdafiəçisi üçün artıq işlərə başlanılıb. İtaliya mətbuatında “sarı-qırmızılılar”ı sevindirəcək xəbərlər yayılıb.

Birxəbər.com-in xəbərinə görə, Leo Dyubuanın gedişindən sonra onun yerinə gələn Ancelino gözləntiləri doğrultmayıb.

İspan müdafiəçi daha bir oyun keçirərsə, müqaviləsindəki xüsusi bəndə görə müqaviləsi avtomatik olaraq uzadılacaq.

Mövsümün əvvəlində böyük ümidlərlə transfer edilən təcrübəli futbolçuya Okan Buruk tərəfindən üstünlük verilməməsi də bu səbəbdəndir.

“Ayaks”ın maraqlandığı təcrübəli futbolçu ilə yollarını ayırmağa hazırlaşan İstanbul təmsillçisinin rəhbərliyi yanvarın 11-də başlayacaq ara transfer dövründə onun əvəzləyicisini gücləndirəcək.

Belə olan halda, klubun əsas hədəflərindən biri sol cinah müdafiəçisi olacaq.

Bununla bağlı İtaliya A Seriyasının komandalarından olan “Roma”da çıxış edən Leonardo Spinazzolanı heyətinə qatmağı düşünən “sarı-qırmızılılar”a şad xəbər gəlib.

Mətbuatda yer alan məlumata görə, 30 yaşlı futbolçunun komandadan ayrılmağa razı ola biləcəyi irəli sürülüb.

İstanbul təmsilçisi hər ehtimala qarşı B planını düşünür. Sol cinah müdafiəsinə namizədlər arasında “Mançester Yunayted”də çıxış edən Serxio Reqilonun da olduğu öyrənilib.

Bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 10 matçda forma geyinən ispaniyalı futbolçu ilə təmasların başlaya biləcəyi də xəbərlər arasındadır.

Qeyd edək ki, Spinazzola bu mövsüm 14 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə