Naxçıvan Modul Elektrik Stansiyasında əsaslı təmir işləri aparılır – FOTO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın energetika sisteminin mövcud tələblərə uyğun yenidən qurulması nəzərdə tutulub. Proqramın icrasına uyğun olaraq Naxçıvan Modul Elektrik Stansiyasında təmir işləri həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, sözügedən dövlət proqramında mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparılmaq üçün SCADA, yəni nəzarət və məlumatların toplanması sistemi mərkəzinin yaradılması nəzərdə tutulur.

Bu da elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələnəcəkdir.

Dövlət proqramının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Wartsila Services Switzerland “şirkəti arasında “Ehtiyat hissələrinin təchizatı üzrə” müqavilə imzalanıb.

Razılaşmaya əsasən gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası üçün ehtiyat hissələrinin alınması həyata keçirilir.

Qeyd edək ki, Modul Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyində və elektrik enerjisi ilə təminatında ən önəmli paya sahibdir. Buna görə də Naxçıvanın ölkənin enerji sisteminə qoşulmasınadək mühərriklərin əsaslı təmiri, ehtiyat hissələrinin alınması vacib və zəruri hesab edilir.

Dövlət Proqramının icrası ilə əlaqədar hazırda Naxçıvan Modul Elektrik Stansiyasında 2 nömrəli mühərrikin 64 min ekvivalent işləmə saatına uyğun əsaslı təmir işi aparılır.

Eyni zamanda 2023-cü ilin sonuna qədər əsaslı təmir edilməsi nəzərdə tutulan digər mühərrikin 64 min ekvivalent işləmə saatına uyğun təmir ediləcək hissələri stansiyanın mütəxəssisləri tərəfindən sökülür. Hissələr ” Wartsila” Azərbaycan MMC-nin Bakı şəhərində olan emalatxanasına göndəriləcəkdir.

Qeyd edək ki, bu işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsündən “87 MVt-lıq Naxçıvan Modul Elektrik Stansiyasının əsaslı təmiri” məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə vəsait ayrılıb.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

QALEREYA
Next Post

post haqqında müzakirə