Qəfil soyuyan havalar orqanizmimizə necə təsir edir? – Bu şəxslər üçün CİDDİ RİSK VAR – FOTO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havanın temperaturunun qəfil enməsi, insan orqanizminə bir çox fəsadlar yaradır.

Xüsusilə qocaları və müəyyən sağlamlıq problemləri olan insanları təhlükə altına qoyan bu vəziyyət özü ilə ölüm kimi ağır nəticələr də gətirir. Üstəlik, bu vəziyyət təkcə bizim ölkə üçün deyil, ümumilikdə Avropa üçün də keçərlidir. Bu səbəbdən bir çox ölkədə qəfil gələn soyuq hava dalğası ilə bağlı həyəcan verilib. 

Bəs ani soyuyan hava hansı orqanlar üçün daha təhlükəlidir? Risklər nələrdir?

Birxəbər.com xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Portsmut Universitetinin müəllimi, həkim Kler Eqlin bu suallara cavab verib.

Mütəxəssis bildirib ki, havaların soyuması problem deyil, əsas problem insanların belə havalara yaxşı hazırlaşmamasıdır:

İlin əhəmiyyətli hissəsini mənfi dərəcələrdə keçirən İsveç və Finlandiya kimi ölkələrdə insanlar çölə çıxarkən necə geyinməli və evlərini necə isti tutacaqlarını bildiyi üçün heç bir problem yaşanmır. Lakin mülayim iqlimin hökm sürdüyü ölkələrdə qəfil soyuq dalğalar hətta insan tələfatına da səbəb ola bilir. Məsələn, İngiltərədə Milli Statistika İdarəsinin məlumatlarına görə, qış aylarında ölənlərin sayı orta hesabla 20-30 min nəfəri ötür. Soyuqların təsirindən həyatını itirənlərin əksəriyyəti 75 yaşdan yuxarı insanlardır.

Bəs soyuq insan orqanizminə necə təsir edir?

Çox soyuq bir mühitə girdiyimiz zaman bədənimiz istilik itkisinin qarşısını almaq üçün hərəkətə keçər. Dəriyə yaxın olan qan damarları daralır. Buna tibbdə vazokonstriksiya deyilir.

Vazokonstriksiya bədənimizin itirdiyi istiliyi azaldır. Bu yaxşı bir şeydir, çünki o, əsas temperaturumuzu saxlamağa kömək edir. Çox soyuq olmayan havalarda bu kifayətdir.

Əsas temperatur aşağı düşdükdə, bədən titrəmə mexanizmini işə salaraq istilik istehsalını artırmağa çalışır.

Lakin yaşlı insanların orqanizmində bu mexanizmlər lazım olduğu kimi işləmədiyi üçün soyuqla qarşılaşdıqda risk artır.

Yaşlıların qan damarları lazım olduğu kimi daralmır. Və əzələ kütləsi azaldığından onlar titrəyərkən o qədər istilik hasil edə bilmirlər”.

Bundan başqa, bədənin özünü qızdırması prosesləri müxtəlif orqanlar üçün bəzi nəticələrə səbəb olur.

Soyuqdəymə nəticəsində ortaya çıxan ən əhəmiyyətli sağlamlıq riski, koronar damarların daralması nəticəsində infarkt riskinin artmasıdır.

Mançester Universitetinin Tibb fakültəsinin dekanı Professor-doktor Anthony Heagerty deyir ki, məhz buna görə bir çox insan qar qazıyarkən ölür:

“Qar qazımaq kimi fiziki fəaliyyətlər ürəyin oksigen tələbatını artırır. Tac damarlarının kalsifikasiyası, yəni aterosklerozu olan insanlarda soyuqdan səbəb olan daralma baş vermir ki, bu da bədxassəli ürək ritmlərinin yaranmasına səbəb olur”.

Ani gələn soyuq dalğalar soyuqdan qaynaqlanan astmaya səbəb ola bilər.

Tənəffüs problemi olanlar mövsümi xəstəliklərə daha çox məruz qalırlar, çünki onların immunitetləri aşağıdır.

Soyuq hava boğazı qurudur. Bu, selik, xırıltı və öskürək miqdarını artıra bilər və tənəffüs problemi olan insanların tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər.

Əlləriniz soyuq olanda iş görməyin nə qədər çətin olduğunu bilirsiniz. Bunun səbəbi üşüyən insanların əzələlərinin də soyuması və funksiyasını itirməsidir.

Gücdə azalma görürük, amma əslində diqqəti çəkən çevikliyin azalmasıdır. Bunun səbəbi oynaqlardakı mayenin axıcılığını itirməsi və nəticədə hərəkət etməsinin çətinləşməsidir. Eyni zamanda, sinirlərin ötürülmə sürətində azalma var. Bu sizin reaksiya vaxtınızı azaldır.

İmmunitet

Soyuğa məruz qalmağın verdiyi stress immunitet sisteminin səmərəliliyini artırdığını göstərən bəzi araşdırmalar var. Lakin bu mürəkkəb sahədə qəti bir şey söyləməyə imkan verəcək tədqiqatlar hələ tamamlanmayıb.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə