Sahib Məmmədov: “Ölkəmizdə biznes subyektlərinin 99,6%-i KOB-lardır”

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanda biznes subyektlərinin 99,6 %-i mikro, kiçik və orta bizneslərdir”.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Nazir müavini bildirib ki, 2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3,2 faiz artıb:

“Qeyri-neft sektorunda ÜDM-in sahələri üzrə əlavə dəyər kənd təsərrüfatında 3,1 %, qeyri-neft-qaz sənayesində 7,8 %, tikintidə 10,5 %, ticarətdə 3,5 %, turizm və ictimai iaşədə 23,2 %, informasiya və rabitədə 16,1 %, digər sahələrdə 2,0 % artım qeydə alınıb.

İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz sektorunun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % artaraq üç milyard ABŞ dollarına çatıb”.

Onun sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 107,7 % (15,3 milyard manat) icra edilməklə proqnozdan əlavə dövlət büdcəsinə 1,1 milyard manat vəsait daxil olub.

“Sahibkarlar da öz növbəsində onlar üçün yaradılmış əlverişli imkanlardan istifadə edir, uğurla fəaliyyət göstərirlər. Artıq özəl sektorun ümumi daxili məhsulda payı 86,5 %, məşğulluqda payı isə 78 %-dən çoxdur”, – S.Məmmədov qeyd edib.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə