TFF-nin niyə Bakını yox Ər-Riyadı seçdiyi bildindi – “Fənər”lə “CimBom”a bu qədər pul veriləcək

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Super Kuboku matçının maliyyə detalları açıqlanıb.

Birxəbər.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ər-Riyadda oynanılacaq matç üçün böyük büdcə ayıran Səudiyyə Ərəbistanı iki kluba ümumilikdə 108 milyon TL pul mükafatı paylayacaq.

Kuboku qazanacaq komanda 65 milyon TL, finalçı isə 43 milyon TL mükafat alacaq. Bundan əlavə, komandaların bütün xərcləri qarşılanacaq.

Ötən il Superkubokda “Sivasspor”u 4:0 hesabı ilə məğlub edən “Trabzonspor” 5 milyon lirə gəlir əldə edib.

Beləliklə, ölkə xaricində oynanılacaq finalda kuboku qazanan komandanın gəliri 13 dəfə artıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Super Kubokunun final matçının ölkəmizdə keçirilməsi  təklif edilmişdi.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə