Çərşənbə axşamı, May 21, 2024

Türkiyədə döyülən hakimin yeni hədəfi Emre Belözoğlu oldu – VİDEO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Türkiyə Superliqasının 15-ci həftəsində keçirilən “Ankaragücü” – “Çaykur Rizespor” matçından sonra hücuma məruz qalan hakim Halil Umut Meler bu gün verdiyi müsahibədə hücumun təşəbbüskarı kimi “Ankaragücü”nün baş məşqçisi Emre Belözoğlunu göstərib.

Emrenin ondan üzr istəmədiyini bildirən Meler hətta qarşı tərəfi sübutlarını təqdim etməyə çağırıb.

Bu açıqlamadan sonra Emre Belözoğlu Halil Umut Melerin iddialarını təkzib edib. “Hadisədən xəbər tutanda meydana çıxıb Halil Umut Meleri qucaqladım. Baş verənlərə görə dəhlizdə ondan üç dəfə üzr istədim”, – deyə baş məşqçi bildirib. 

Qeyd edək ki, Emre Belözoğlunun sözlərini təsdiq edən görüntülər də ortaya çıxıb. 

“Hadisədən sonra dincəldiyi üçün ona zəng edib köməkçisi ilə danışdım. Köməkçi hakim də mənə dedi ki, şahidəm, sən bizim yanımıza gəldin, bizə dəstək oldun.”, – deyə Emre Belözoğlu bildirib. 

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

VİDEO
Next Post

post haqqında müzakirə