Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uşaq pornoqrafiyasını yayan şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Quliyevin “Telegram” səhifəsində yetkinlik yaşına çatmayan qızın intim görüntülərini yayması müəyyən edilib. Belə ki, qızın anası polisə şikayət edərək övladının Elvin tərəfindən hədələndiyini, görüntülərinin yayıldığını bildirib.

O qeyd edib ki, Elvini taparaq görüntüləri silməsini xahiş etsə də, o, ananı da söyərək təhqir edib və hədə-qorxu yolu ilə ondan 700 manat pul tələb edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 151, 171-1 və 182-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi və hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb. Məlum olub ki, E.Quliyev daha əvvəl də başqa şəxslərə qarşı oxşar əməllər törədib.

Qaradağ Rayon Məhkəməsinin 14 dekabr tarixli hökmü ilə Elvin Quliyevə 9 il 3 ay həbs cəzası verilib.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə