Çərşənbə, İyun 19, 2024

Vitali Borisov: “Bir az təcrübəmiz çatmadı”

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

“Bir az təcrübəmiz çatmadı”.

“Report”un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Rumıniya yığması ilə 5:5 hesablı heç-heçə etdikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis gərgin mübarizə olduğunu bildirib: “Uşaqlar çox yaxşı idilər. Oyun bizim nəzarətimizdə idi. Rəqib müdafiədən çıxış edirdi. Rəqib 5-in 4-ə yaxşı oynamağı bacarır. Buna hazırlaşmışdıq. Amma praktika başqadır. Heyətimizdə yeni oyunçular var idi. Hamısından razı qaldım”.

Çalışdırıcı qapıçı Rövşən Hüseynlidən razı qalıb: “Rəqib qapıçını dəyişdirdiyi zaman çox yaxşı çıxış edir. Bəlkə birinci qolda zərbəni qapıçımız dəf edə bilərdi. Amma ümumilikdə Rövşən Hüseynlidən razı qaldım. Onda hansısa səhv görmədim”.

Vitali Borisov bir neçə legionerin müxtəlif səbəblərdən oynamadığını vurğulayıb: “Edu qırmızı vərəqəyə görə oynamırdı. 1-2 nəfər isə zədəli idi. Gənclərlə oynamaq lazımdırsa, bu proses vaxt aparacaq”.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

Next Post

post haqqında müzakirə