Xaçmazda uçmuş körpünün yerinə üç aya yenisi tikildi – FOTO

Oxşar yazılar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il sentyabrın 15-də Xaçmaz rayonunda sel sularının uçurduğu, Qüdyalçay üzərində yerləşən körpünün yerində inşa edilmiş yeni körpü istifadəyə verilib.

Birxəbər.com report-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimaiyyəti iştirak ediblər.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də yerləşən ikiaşırımlı yeni körpü 97 min əhalisi olan 98 yaşayış məntəqəsini rayon mərkəzi və ətraf ərazilərlə birləşdirir. Onun uzunluğu 66 metr, eni 15 metrdir.

Körpü istifadəyə verilsə də, onun mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam etdiriləcək.

window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

Birxəbər.com

QALEREYA
Next Post

post haqqında müzakirə