Yüksək standartlı büdcə telefonu – HONOR X7b smartfonuna ümumi baxış

Oxşar yazılar

Beynəlxalq brend olaraq tanınan HONOR yeni HONOR X7b smartfonunu təqdim etdi. Funksiyanallığı və dizaynı baxımından seçilən brendin qiyməti də olduqca münasibdir. Sahib olduğu böyük və parlaq ekran, güclü  prosessor, yaddaş həcmi, yüksək avtonomluq, qabaqcıl kamera və bir çox digər xüsusiyyətləri Honor X7b modelinin üstünlüklərini ortaya çıxarır. İndi isə telefonla daha yaxından tanış olaq.

Diqqət cəlbedən dizayn

HONOR X7b-nin dizaynı minimalizmi özündə əks etdirir. Qara korpus dizayna xüsusilə incə görüntü bəxş edir. Yaşıl HONOR X7b də öz növbəsində xüsusilə seçilir. 2 rənglə bərabər gümüşü rəngin xüsusi tonda təqdimatı diqqətləri öz üzərinə çəkir. Modelin mat örtüyə sahib olması cızılmalara qarşı funksiyanallığını artırır.

Kameraların quruluşu modelə xüsusi ahəng qatmaqla bərabər dizaynı tamamlayır. Səs effektində malik olduğu stereo dinamiklər səs diapazonunda özünü göstərir. Bu xüsusiyyətinə görə smartfon kiçik səs dinamikini əvəz etməyə qadirdir. HONOR X7b-də iki SIM kartdan istifadə etmək və ya bir slota yaddaş kartını quraşdırmaq üçün uyğundur. Audioportun olması naqilli qulaqcıqlardan istifadəyə imkan verir.

HONOR X7b modelinin kompakt quruluşu daşınmasını asanlaşdırır.

Böyük və parlaq displey